Kamçatkada vulkan dəhşəti

18 Oktyabr 2013 13:17 (UTC+04:00)
Kamçatkada "Klüçev" vulkanının ardınca ən böyük rayonlardan biri olan Klyuçev qəsəbəsindən 45 km aralıda fəallaşan "Şıveluç" vulkanı daha da fəallaşıb.

AzNews.az xəbər verir ki, vulkanın püskürdüyü kül 10 kilometr hündürlüyə qalxır. Ətrafa yayılan qırmızı duman bu istiqamətdə olan hava uçuşlarını dayandırmaq, məcburiyyətində qoyub. Artıq 4 bölgə ilə əlaqələr kəsilib. Bu səbəbdən Rusiya FHN uçuşların istiqamətini dəyişməyi məsləhət görülür.

Bundan başqa daima püskürən vulkan Studenoy çayının daşmasına da səbəb ola bilər. Bu səbəbdən bəndlər üzərində ehtiyat tədbirlər görülür. Əvvəl püskürən "Kluçev" vulkanı çayın məcrasından çıxmasına səbəb olmuşdu.

Elman
AzNews.az