“Çox peşmanam” - Rejissor

18 Oktyabr 2013 13:40 (UTC+04:00)
"Yazmışam, sözümün də ağasıyam. Təbii ki, heç nə səbəbsiz yazılmır. Səbəbi var ki, yazmışam".


Bunu AzNews.az-a rejissor Nail Naiboğlu bildirib. Onun fikrincə statusda yazılanlar bütün müğənnilərə şamil edilmir: "Mən ad çəkməyəcəm. Kimdən söhbət getdiyini onlar yaxşı bilir. Bütün müğənnilərə hər zaman dəstək durmuşam. Əlimdəki imkanlardan istifadə edib, onlara istər klip çəkilişlərində, istərsə də müəyyən verilişlərdə onların təbliğində əlimdən gələni etmişəm. Amma çox peşmanam ki, bunları etmişəm. Gərək eləməyəydim. Söhbət klip çəkdiyim deyil, ümumiyyətlə müğənnilərdən gedir. Müğənnilərin insanlara olan münasibətini onlara qaytaracam. İllərlə dəstək durduğun müğənniyə zəng vurub bir mahnı oxumaq üçün toyuna dəvət edirsən. O, da gəlmir. Bu müğənni nəinki əl salfeti, heç tualet salfeti də deyil".

Xatırladaq ki, N.Naiboğlu özünün facebook səhifəsində müğənnilərin 99 faizini zibil yeşiyinə tullanan əl salfetinə bənzədib.


Bahar
AzNews.az