84 yaşlı kişi lal-kar qızı 10 il seks köləsinə çevirib

18 Oktyabr 2013 13:50 (UTC+04:00)
İngiltərədə pakistanlı ər-arvad 20 yaşlı, lal-kar qızı evlərində saxlayaraq seks köləsinə çevirib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşlı ər-arvad gənc qızı 10 il boyunca evdə cinsi istismara məruz qoyub.

Hadisə Mançester şəhərində baş verib. İlyas Ashar adlı pakistanlı kişi 10 il boyunca lal-kar qıza evində təcavüz edib. Bununla kifayətlənməyərək ona işgəncə verib və məcburi olaraq işlədib.

Gənc qıza qarşı bu hərəkəti edən kişinin hazırda 84 yaşı var. Onunla yanaşı 67 yaşlı arvadı və 46 yaşlı qızı da bundan xəbərdar olub.

Elnur
AzNews.az