Ukraynanın seks-simvolu Bakıya gələcək

18 Oktyabr 2013 15:04 (UTC+04:00)
Ukraynanın məşhur müğənnisi, seks-simvol Anna Sedokova Bakıya gələcək.

Noyabrda baş tutacaq səfər çərçivəsində Anna konsert proqramı ilə çıxış edəcək.

Noyabrın 16-na təyin edilmiş konsert "Opera sky"da gerçəkləşəcək.

Məşhur müğənni "Mejdu nami kayf" ("Öz aramızda həzz") adlanan gecədə sevilən mahnılarını səsləndirəcək.

Qeyd edək ki, Anna Sedokova "VİA Qra" qrupunun solisti olub, bir müddət aparıcı və aktrisa kimi də fəaliyyət göstərib. Hazırda isə o solo karyerasını davam etdirir.(1news.az )

AzNews.az