Dənizkənarı Milli Parkda intihara cəhd

18 Oktyabr 2013 15:17 (UTC+04:00)
Bakıda Dənizkənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyindən daxil olub.

FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb. Həmin şəxs Nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

AzNews.az