Dünyanın ən qəribə inancları - Siyahı

18 Oktyabr 2013 16:34 (UTC+04:00)
AzNews.az dünyanın müxtəlif ölkələrindəki ən qəribə inancları təqdim edir.

1. Evlərə göz dəyməsin deyə nal taxmaq
2. Fal baxdırmaq
3. Türbələrdə şam yandırıb, bez bağlamaq
4. 13 rəqəmini uğursuz saymaq
5. Ölünün ruhu gələndə qaranlıqda qalmasın, otağını tez tapsın deyə cənazə çıxan otaqda 40 gün işıq yandırmaq
6. Dovşan, tülkü və qara pişiyin yolu kəsməsini uğursuzluq hesab etmək
7. Bir evdən cənazə çıxdığında evdəki su qablarını boşaltmaq. Əgər tökülməzsə evdə yenə kimsə ölə bilər.
8. Əl qaşınırsa, pul gəlir
9. İki bayram arasında toy etmək olmaz
10. Nərdivan altından keçməmək
11. Bayquş evin bacasına qonarsa, o evdən ölü çıxar
12. Dörd yarpaqlı yonca uğur gətirir
13. Gecə aynaya baxmaq və ya dırnaq kəsmək uğursuluq hesab edilir.

Elcan Məmmədov
AzNews.az