“Bull-dəniz” qaz yatağında həyəcanlı anlar- VİDEO

18 Oktyabr 2013 15:27 (UTC+04:00)
Xəzərin Azərbaycan sektorundakı "Bull-dəniz" kondensat qaz yatağındakı 90 saylı quyuda avqustun 17-də baş verən yanğını söndürmək hələ də mümkün olmayıb.

Bu yataqda çalışan fəhlələrin birindən əldə edilən video görüntüdən məlum olur. Yataqadakı yanğını söndürmək üçün yanğın söndürən gəmilərin fəaliyyətindən də istifadə olunur. Görüntünü təqdim edən fəhlənin dediyinə görə, yanğını söndürmək mümkünsüz görünür: "Yanğının söndürülməsində ingilis mütəxəsislərdən də istifadə olunur. Ancaq… Hər şey Allahın ümidinə qalıb kimi görünür".

Qeyd edək ki, bu video görüntü həmin yataqla bağlı çəkilmiş son görüntüdür.

Dövlət Neft şirkətindən verilən məlumata görə, yanğının söndürlməsi ilə bağlı işlər davam etdirilir. Xəzərin Azərbaycan sektorundakı "Bull-dəniz" kondensat qaz yatağındakı 90 saylı quyuda yanğın avqustun 17-də baş verib. Yanğının səbəbləri məlum deyil. Quyu Bakıdan 80 kilometr cənubda yerləşir. /bizimyolinfo.com/



AzNews.az