Amerikalı həmsədr Azərbaycana səfər edəcək

18 Oktyabr 2013 15:47 (UTC+04:00)
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik gələn həftə Azərbaycana rəsmi səfər edəcək. Bu barədə diplomatik mənbədən trend-ə bildirilib.

Səfər çərçivəsində amerikalı həmsədr Azərbaycan rəsmiləri ilə görüşəcək.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, bu, C.Uorlikin həmsədr kimi Azərbaycana ikinci səfəridir. O, sentyabr ayında da Azərbaycanda rəsmi səfərdə olub.

AzNews.az