Prezident məscidlərlə bağlı tapşırıq verdi

18 Oktyabr 2013 17:19 (UTC+04:00)
Azərbaycanda bütün məscidlərin və digər dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək.


"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.

AzNews.az