Polad Bülbüloğlu: “Hələki notamız öz əksini tapmayıb“ - VİDEO

18 Oktyabr 2013 18:20 (UTC+04:00)
"Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalov üçün Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən vəkil və tərcüməçi tutulub. Məsələ ilə məşğul olmaq üçün səfirliyin iki diplomatı ayrılıb". Bu barədə ANS-ə eksklüziv açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu məlumat verib.
Səfir hələki həllini tapmayan məqamlar olduğunu deyib.

"Hələki bizim notamız demək olar ki, öz əksini tapmayıb. Həbs olunan şəxsin yanına bizim diplomatlar hələki buraxılmayıb. İndi biz onun üzərində iş görürük. Nazirliyin müvafiq departamenti ilə danışmışam və kəskin surətdə narazılığımı bildirmişəm. Söz veriblər ki, ən yaxın zamanda bizim diplomatları Zeynalovun yanına buraxacaqlar".





AzNews.az