Bu gecə ay tutulacaq - Video

18 Oktyabr 2013 22:37 (UTC+04:00)
Şamaxı Astrofizika rəsədxanasının yaydığı məlumata görə, bu gecə qismən ay tutulması qeydə alınacaq. Bakı vaxtı ilə saat 02.51-də başlayacaq ay tutulması saat 6.48-də başa çatacaq. Bu təbiət hadisəsi Yarımkölgəvari olacaq. Bu dəfəki Ay tutulması cənub yarımkürəsində müşahidə ediləcək.

Bu tutulma adi gözlə müşahidə edilməyəcək. Prosesi yalnız çox həssas cihazlarla qeydə almaq mümkün olacaq. Bu təbiət hadisəsini gözlə görmək mümkün olmasa da, hiss etmək elə də çətin olmayacaq. Çünki təbiətdə baş verən hər hansı bir dəyişiklik insan orqanizmində hiss olunur.

Daha çox meteohəssas insanlar, xüsusi risk qrupuna aid olan insanlar əsasən ürək damar, qan dövranı xəstəliklərindən əziyyət çəkənlər bu tutulmanı hiss edə biləcəklər.

Həkim terapevt Şəmsiyyə Namazlı: "Baş gicələnmə, ürək bulanma bu kimi simptomlar ola bilər".

Belə olan halda həkimlər həmin şəxslərə diqqətli olmağı tövsiyyə edir.

Həkim terapevt Şəmsiyyə Namazlı: "Dərmanlarını qəbul etsinlər. Əsəblərini sakitləşdirsinlər".

Bu gecə baş verəcək ay tutulması il ərzində sayca 3-cü ay tutulmasıdır. Bu ilin ilk ay tutulması aprelin 26-da, ikincisi isə may ayının 25-də qeydə alınıb.



AzNews.az