Türkiyə NATO-dan çıxarıla bilər

19 Oktyabr 2013 12:25 (UTC+04:00)
Türkiyə NATO-dan çıxarıla bilər. Belə bir iddia ilə ABŞ-ın məşhur "Vaşinqton Post" qəzetinin köşə yazarı David İqnatius çıxış edib.

Onun yazdığı məqalədə bildirilir ki, Türkiyə İsrail kəşfiyyatına dair məlumatları İrana verib. İsrailin kəşfiyyat naziri Yuval Steinitz qəzetə verdiyi açıqlamada bildirib ki, Türkiyə ilə münasibətlər yaxşı səviyyədə deyil.

"Vaşinqton Post"un yazdığına görə, Türkiyə İsrail kəşfiyyatına çalışan 10 iranlının kimliyini rəsmi Tehrana verdiyi üçün rəsmi Ankara ilə Təl-Əviv arasında münasibətlər daha da pisləşib. Türkiyə bu iddiaları rədd etsə də, İsrail rəsmi səviyyədə buna münasibət bildirməyib.

İsrailin "Yedioth Ahranot"n qəzetinin isə yazdığına görə, iki ölkə arasaında münasibətlər "Mavi Marmara" gəmisi hadisəsindən sonra pisləşməyə doğru gedir və bu səbəbdən Türkiyə hər cəhdlə rəsmi Təl-Əvivi "vurmaq" istəyir: "Rəsmi Ankara ilə təhlükəsizlik sahəsində əlaqələr məhduddur. Türklər İsraillə yaxınlaşmağa cəhd edən hər şeyi yox edir".(anspress)

AzNews.az