Filippində ağır yol qəzası; 20 ölü, 44 yaralı

19 Oktyabr 2013 08:10 (UTC+04:00)
Filippində oktyabrın 19-na keçən gecə baş verən yol qəzasında ən azı 20 nəfər ölüb, 44 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, polisdən bildirilib ki, yük maşını qarşı tərəfdən gələn sərnişin avtobusu ilə toqquşub.

Qəzanın avtobusun sürücüsünün günahı ucbatından baş verdiyi ehtimal edilir. Məlumata görə, sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşı zolaqla hərəkət edən iki avtobus və dörd yük maşınına dəyəndən sonra aşıb.

Qəzanı tərədən sürücü sərər çəkməyib və polis tərəfindən saxlanılıb.

Hadisə yağmurlu havada, Filippinin paytaxtı Manilanın 120 km-də, işıqlandırılmamış yolda baş verib.

AzNews.az