Prezident polislərin dəfn mərasimindən qovuldu

19 Oktyabr 2013 15:00 (UTC+04:00)
Tunis prezidenti Monsef Marzuki və baş nazir Əli Larayed polislərin dəfn mərasimindən qovulublar.

Mərasim hərbi kazarmada keçirilib. Həlak olan iki polisin həmkarları və onların qohumları siyasətçilərin iştirakına imkan verməyəcəklərini qışqırıblar. Eləcə də onlar polisləri terrorçulardan qoruyan qanunların qəbul olunmasını tələb ediblər.

Nəticədə Marzuki, Larayed və eləcə də parlamentin spikeri Mustafa ben Cəfər mərasimdə 20 dəqiqə vaxt keçirərək, hazırlanan nitqlərini demədən gediblər.(gun.az)

AzNews.az