Vyetnam prezidenti İlham Əliyevi təbrik etdi

19 Oktyabr 2013 11:16 (UTC+04:00)
Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanq İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

AzərTAc-da bildirilir ki, Çıonq Tan Şanq ötən illər ərzində Azərbaycan xalqının milli inkişafda böyük uğurlar əldə etdiyini bildirib.

Çıonq Tan Şanq qeyd edib ki, yeni dövrə nəzər salsaq, regionda və dünyada sülhün, əməkdaşlığın və inkişafın qorunub saxlanmasına töhfə verməklə çiçəklənən dövlətin qurulması istiqamətində Azərbaycanın daha böyük uğurlar qazanacağına əmindir: "İkitərəfli ənənəvi dostluq münasibətlərini gücləndirmək üçün sizi 2014-cü ildə sizə münasib bir vaxtda Vyetnama rəsmi səfərinizdə salamlamağı səbirsizliklə gözləyirəm. Əminəm ki, bu səfər Vyetnam-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlarımıza uyğun olaraq daha yüksək səviyyəyə çatmasında çox mühüm rol oynayacaq.

Fürsətdən istifadə edərək sizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram".

AzNews.az