Metroda yanğın olmayıb

19 Oktyabr 2013 17:08 (UTC+04:00)
Bakı Metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarda texniki nasazlıq yaranıb.

Stansiyadan APA-ya verilən məlumata görə, saat 17: 00 radələrində qatarda texniki nasazlıq səbəbindən tüstülənmə müşahidə olunub. Sərnişinlər qatardan çıxarılıb, qatar depoya yola salınıb.

Metropolitendən stansiyada yanğın olması barədə yayılan məlumatların həqiqətə uyğun olmadığı da bildirilib: "Bu, sadəcə texniki nasazlıqdır. Yəni yanğın yox, tüstülənmə olub".

AzNews.az