FHN Sumqayıtdakı yanğın barədə məlumat yaydı - VİDEO

19 Oktyabr 2013 21:18 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhərində "Karvan" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb. FHN-dən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Nazirliyin digər xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.





AzNews.az