“Titanik“in skripkası 1.5 mln dollara satıldı

19 Oktyabr 2013 21:51 (UTC+04:00)
Əfsanəvi layner "Titanik"in 1912-ci ildə batma anında orkestrin rəhbəri Uolles Hartlinin çaldığı skripka oktyabrın 19-da 900 min funt sterlinqə (1,5 mln. dollara) satılıb. ANS PRESS "FransPress"ə istinadən bildirir ki, alqı-satqı "Henry Aldridge&Son" hərrac evində gerçəkləşdirilib. Hərracdan əvvlə lotun estimeyti 300 min funt sterlinq olub.

Alıcının adı açıqlanmır. Skripkanı 1912-ci ildə dərhal faciədən sonra tapıblar. Xilasedicilər Hartlinin cəsədini qəzadan 10 gün sonra aşkar ediblər. Skripka onun sinəsinə bağlı olub. Arxasında olan yazıda göstərilib ki, skripkanı Uollesə nişanlısı Mariya Robinson bağışlayıb. Aləti Robinsona qaytarıblar, o da öz növbəsində onu "Xilas ordusu" dini təşkilatının Britaniya şöbəsinə ianə edib. Demək olar ki, alət 100 il itmiş sayılıb və birdən, 2006-cı ildə ortaya çıxıb. Bundan sonra, mütəxəssislər yeddi il onu analiz ediblər və bu ilin martında elan ediblər ki, o, gerçəkdir.

Dünyanın ən iri sərnişin layneri sayılan Britaniya paroxodu "Titanik" Nyu-Yorka səfər zamanı 14 aprel 2012-ci ildə aysberqə toxunub. Hadisə zamanı 1500 adam həlak olub.

AzNews.az