Anar Yusifoğlunun şad günü

20 Oktyabr 2013 01:12 (UTC+04:00)
Bu gün istedadlı telejurnalist Anar Yusifoğlunun ad günüdür.


Telejurnalist 40-a qədəm qoyur. Bir müddətdir ki, İTV-nin efirindən uzaqlaşan A.Yusifoğlunun doğum gününü xatırlayan varmı? Dostları onu necə təbrik edəcək?

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev Anar Yusifoğlunu AzNews.az-a vasitəsilə təbrik edib: "Mən onu təbrik edirəm. Anar jurnalistikada dəsti-xətti olan biridir".

Space telekanalının departamet rəhbəri Elman Gədikli isə Anar Yusifoğlunun dünyanın ən gözəl sözlərinə layiq olduğunu deyib: "Anarı ürəkdən təbrik edirəm. Anar dünyanın ən gözəl sözlərinə layiqdir. Ona can sağlığı arzulayıram".

Xəzər Televiziyasının Xəbərlər Departamentinin rəhbəri İbrahim Ünlübostan Anarın televiziya üçün lazımlı bir kadr olduğunu düşünür: "Anar Yusifoğlu istedadlı və televiziya üçün çox lazımlı bir kadrdır. Biz onunla dostuq. Hər zaman da dost olaraq qalacağıq".

ATV – nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınğlu A.Yusifoğlunu az sayda peşəkarlardan biri hesab edir: "Televiziya sahəsində çox az peşəkarlar çalışır. Onlardan biri də Anar Yusifoğludur. Biz onu ürəkdən təbrik edirik. O, bizim dostumuz və qardaşımızdır. İnşallah, yaxın vaxtlarda arzuladığı ən gözəl yerdə olar".

Millət vəkili Aqil Abbas da Anar Yusifoğlunu təbrik edənlər sırasındadır. Millət vəkilinin fikrincə, Anar Yusifoğlu peşəkar kadr olmaqla yanaşı, əsl insandır: "İnsana lazım olan bütün xarakterlər Anar Yusifoğlunda cəmlənib. O, dünyanın ən gözəl sözlərinə layiqdir. Dostumdur, istedadlı kadrdır. Güman edirəm ki, bu günlərdə o, televiziyaların birində görünəcək. Belə kadrları efirdən uzaqlaşdırmaq olmaz".

Telejurnalist Ayaz Nizamioğlu Anar Yusifoğlunun gənc jurnalistlər üçün həqiqi bir örnək olduğunu düşünür: "Anar televiziya sahəsində kifayət qədər dərin savadı olan, peşəkar, təcrübəli bir kadrdır. Uzun müddətdir ki, o, gənc jurnalistlər üçün həqiqi mənada bir örnək olub. Həm öz davranışı, həm də yazıları ilə həmişə fərqlənib. Həmkarları üçün bir nümunə olub. İndinin özündə də belədir. Düzdür, bu gün o, efirdə yoxdur, amma bununla belə o, mətbuatda və sosial şəbəkələrdə maraqlı təkilflərlə çıxış edir. Onun harada olacağından asılı olmayaraq, istənilən yerdə öz istedadını göstərəcək. Mən ona arzu edirəm ki, bu gündən sonra ən layiqli yerini tutsun və layiqli qiymətini alsın".

Bahar Rüstəmli
AzNews.az