Nazir vəzifəsinə yeni namizədlərin siyahısı təqdim edildi

20 Oktyabr 2013 10:55 (UTC+04:00)
İran Prezidenti Həsən Ruhani təhsil, elm, tədqiqat və texnologiya, həmçinin gənclər və idman nazirləri vəzifəsinə üç yeni namizədin siyahısını parlamentə təqdim edib. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

Namizədlərin adları isə hələ rəsmi olaraq açıqlanmayıb.
Qeyd edək ki, avqust ayında nazir vəzifəsinə 18 namizəddən 3-ü parlamentarilərin etimad rəyini ala bilməmişdi.

Parlamentarilərin növbəti etimad rəyi isə gələn bazar günü olacaq.

AzNews.az