Qadınlar rəfiqələrinə ərlərindən çox inanır

20 Oktyabr 2013 13:18 (UTC+04:00)
Amerikalı alimlər müasir qadınların etibar etdikləri adamların kimlər olduğunu araşdırmaq üçün sorğu keçiriblər.


Nəticədə qadınların özləri haqda kişilərə çox az şey dedikləri, rəfiqələrinə isə daha çox etibar etdikləri üzə çıxıb.

Bu isə o deməkdir ki, qadınlar arasında dostluğun olmaması barədə deyilənlər sadəcə mif və yalandır. Yəni qadınlar nəinki yaxşı dostluq edir, həmçinin rəfiqələrilə münasibətlərini həyatlarının ən vacib olayı kimi dəyərləndirirlər.

Çox zaman rəfiqələri ilə münasibətə qadınlar ərlərini qurban verirlər. Məsələn, rəyi soruşulan qadınların 45%-i üçün rəfiqələrilə keçirdikləri axşam ərləri ilə olduqları zamandan daha dəyərlidir. Qadınların üçdə biri sevgililərinə nisbətən rəfiqələrilə daha çox səmimi olur, onlarla sirlərini paylaşırlar.

İş burasındadır ki, qadınların əksəriyyəti onların vəziyyətinin, daxili aləminin, yaxud şəxsi narahatlıqlarının ərlərini tamamilə maraqlandırmadığını düşünür.

Rəyi soruşulan qadınların 24%-i isə ümumiyyətlə nə rəfiqələri, nə də həyat yoldaşları ilə sirr paylaşmağı sevir. Bu qadınların 38%-i təklikdə qalıb, ev işlərinə, yaxud gözəlliklərinə vaxt sərf etməyi üstün tuturlar.

Sorğu həmçinin müəyyən edib ki, qadınların özlərinə vaxtı qalmır, özü də "dəhşətli dərəcədə".

Orta hesabla qadınların həftə ərzində 74 dəqiqə boş vaxtları olur.

Bəs siz necə fikirləşirsiniz? Kişilərə, doğrudanmı, hər şeyi demək olmaz? Yəni onları qadının daxili aləmi və həyəcanları heç maraqlandırmır?(milli.az)

AzNews.az