Allahşükür Paşazadə Rusiyaya gedir

20 Oktyabr 2013 15:20 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 21-də Rusiyanın Ufa şəhərinə yola düşəcək.

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, səfər oktyabrın 22-də Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufada "Rusiyada İslam və dövlət" mövzusunda təşkil ediləcək elmi-praktik konfransa dəvət əsasında həyata keçirilir.

Konfrans Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin yaradılmasının 225-ci ildönümünə həsr olunmuş dövlət səviyyəsində qeyd olunacaq yubiley tədbirləri çərçivəsində keçirilir.

A.Paşazadə konfransda məruzə ilə çıxış edəcək, səfər çərçivəsində Rusiyanın qədim dini mərkəzinin ildönümü tədbirlərində iştirak edəcək.
Ufada bir sıra görüşlər keçirəcək QMİ sədri, həmçinin Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri, Rusiyanın baş müftisi Talqat Tacuddini anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcək.

AzNews.az