Təhlükəli virusun ölümcül tipi aşkarlandı

20 Oktyabr 2013 17:12 (UTC+04:00)
Rusiyalı virusoloqlar HİV-in (İnsanın İmmun Defisiti Virusu) yeni tipini aşkarlayıblar.

Yeni ştammlar ölümcüldür və dəyişikliklər nəticəsində yaranır. "Vektor" Novosibirsk federal virusologiya mərkəzinin mütəxəssisləri bildirirlər ki, HİV-in yeni ştammı əvvəllər bu ölkədə mövcüd olan digər tiplərdən daha qorxulu və daha dözümlüdür.

Məlumdur ki, Rusiya ərazisində virusun A yarımtipi daha çox yayılıb. İnsan bədəninə düşəndə virusun müxtəlif ştammları öz genetik materialları ilə "dəyiş-düyüş" edirlər, yəni rekombinasiya baş verir. Bu isə yeni HİV formalarının yaranmasının əsas mexanizmidir. Məhz bu yolla Rusiyada yeni HİV-1 genetik variant yaranıb. O, rekombinant 02_AG və A yarımtipinin qarışığıdır.

Bunu mütəxəssislər HİV-1-ə yoluxmuş 17 şəxsin qanını analiz edərkən tapıblar. Onlardan doqquzu 02_AG rekombinant forma və məlum yarımtiplər idisə, qalan səkkizi yeni rekombinant forma idi. Sonuncu daha dözümlü və daha tez yayılandır. Həmin ştammın sürətlə yayılmasına səbəb artıq nəinki Sibirdə, həmçinin Çeçen Respublikasında, Qazaxıstan və Qırğızıstanda yayılmasıdır.(milli.az)

AzNews.az