Avstraliyada meşə yanğınları tüğyan edir - Video

20 Oktyabr 2013 17:32 (UTC+04:00)
Avstraliyada meşə yanğınları kritik həddə çatıb. Sinoptiklərdən isə xəbərdarlıq gəlib. Qarşıda gələn günlərdə temperaturun daha da yüksələcəyi, küləyin sürətlənəcəyi proqnozlaşdırıldığından, yanğının daha da intensivləşəcəyi proqnozlaşdırılır.

Nyu Saus Ueyls ştatında yanğın 200-dən çox evi yandıraraq külə döndərib, daha 122 yaşayış evinə ziyan dəyib. Sidney şəhərinin qərbində yanğınların ən çox ziyan vurduğu Blu Maunteyns rayonunda isə 193 ev yanıb, 109 evə ziyan dəyib.

Xilasetmə işlərinə, ümumilikdə, 1500-ə yaxın yanğınsöndürən cəlb olunub. Yanğınlar zamanı Sidneyin şimalında 63 yaşlı bir sakin ürək tutmasından dünyasını dəyişib, azı beş nəfər, o cümlədən, 3 yanğınsöndürən, bədən yanığı və dəm qazından boğulma diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

İsti aylarda Avstraliyada müntəzəm olaraq təbii yanğınlar baş verir. 2009-cu ildə Viktoriya ştatında baş vermiş oxşar meşə yanğınları 173 nəfərin ölümünə, 2 mindən çox yaşayış evinin dağılmasına səbəb olmuşdu.




AzNews.az