Asenadan ŞOK etiraf

20 Oktyabr 2013 19:09 (UTC+04:00)
Bir zamanlar müğənnilik etmək istəyən lakin müvəffəqiyyətsiz olan Asena Türk xalqından üzr istəyib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiyada kral ailəsinin təşkil etdiyi festivala dəvət edilən Asena keçdiyimiz günlərdə Amsterdamda səhnəyə çıxıb. Rəqsini bütün dünyaya tanıtmaq istədiyini söyləyən məşhur oriyental rəqqasəsi mahnı ifa etməsini dəlilik adlandıraraq deyib:
"Məndəki səslə mahnı oxumaq dəli cəsarətidir. O dövr məlum səbəblərdən rəqs edə bilmirdim. Mən də ən azı müğənni olub pul qazanım dedim. Heç olmasa ağlımda qalmadı amma məndəki səslə mahnı oxumaq dəli cəsaretiydi. Türk xalqına əziyyət etdiyim üçün üzr istəyirəm".

AzNews.az