Miqrantlara qarşı yürüşdə qan töküldü

20 Oktyabr 2013 19:17 (UTC+04:00)
Rusiyanın ikinci paytaxtı sayılan Sankt-Peterburqda millətçilərin bugünkü icazəli mitinqi axşamüstü şəhərin mərkəzi Nevski prospekti ilə miqrantlara qarşı yürüşlə yekunlaşıb. Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, millətçilərin hücumu nəticəsində bir neçə "qeyri-salvyan" görkəmli şəxs yaralanıb.

Polis ekstremist gənclərdən 8 nəfərini saxlayıb. OMON hadisə yerinə gəlib çıxana kimi kütlə dağılıb. Məlumata görə, yürüş iştirakçıların sayı 150 nəfər olub.(Musavat.com)