Nazir müavini istefa verdi

3 Avqust 2012 10:26 (UTC+04:00)
Kosto Rikanın Gənclik və Mədəniyyət Nazirinin müavini internetdə yayımlanan videogörüntüləri onun ölkəsində böyük şok yaşatdı. "CNN Espanol"un verdiyi xəbərə görə, kadrlar 2007-ci ildə, dövlət rəsmisi hələ evlənməmişdən qabaq çəkilib. Video materialın bir kompyter mühəndisinin kompyterindən oğurlanaraq internetə yükləndiyi bildirilir. Məsələylə bağlı Karino Balanos da açıqlama verib. O, kosta rikalılar qarşısında başı aşağı olduğunu desə də, utanılacaq bir şey eləmədiyini və özünə qarşı haqsızlıq edildiyini deyib. Ölkə prezidenti Laura Çinçilla Balanosu istefa verməyə məcbur edib. Dövlət rəsmisinin istefa verməsinə feminist təşkilatlar sərt reaksiya veriblər və bu qərara etiraz ediblər. Qadınlar üzərində "Hamımız Karinayıq" sözləri yazaraq, şəkillərini ineternetə yükləyiblər. Hüquq müdafiəçiləri Balanosun hüquqlarının kobud şəkildə pozulduğunu bildirirlər.
ƏminəAz
AzNews.az