100 min ödəyərək “Castin Biber“ oldu – Fotolar

21 Oktyabr 2013 07:25 (UTC+04:00)
Castin Biberin pərəstişkarı ona oxşamaq üçün 5 ildir dayanmadan əməliyyat keçirir.

Axşam.az-ın məlumatına görə, bu günə qədər o, əməliyyatlarına 100 min dollar ödəyib.

19 yaşlı müğənni Castini özünə kumir seçən Tobi Şeldon 33 yaşı olmasına baxmayaraq qocalıqla ciddi şəkildə mübarizə aparır. 2008-ci ildə Castinin məşhurluq qazanması ilə həyatında dəyişiklik yarandığını deyən Tobi Castini plakatlarda gördüyü ankı düşüncəsini belə ifadə edib: "Onu gördüyüm an ağlıma ancaq bu fikir gəldi: Mən məhz onun kimi görünmək istəyirəm".


AzNews.az