Tolik Bakı meri ilə Ziya Məmmədovu müqayisə etdi - VİDEO

21 Oktyabr 2013 09:20 (UTC+04:00)
Prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkədə Bakı meri Hacıbala Abutalıbovla Nəqliyyat naziri Ziya Məmmədovu müqayisə edib.

O, "İnstagram"da Qaraçuxurun yollarını çəkdiyi video-çarxı paylaşıb və "Biabırçılıq" şərhini yazaraq yolların bərbad olmasından gileylənib:

"Qaraçuxudayam. Buranın yollarına baxın. Buranın bələdiyyəsi, məncə, vertalyotla uçub gəlir, ya da bu yollara baxan kimdirsə. Camaat yazıq deyil, bunlar qışda nə edəcəklər?".

Daha sonra yolları izləyiciləri ilə müzakirə edən prodüser öz fikirlərini bölüşüb:

"Bakıda yollara Bakı Şəhər İcra Hakimiyyəti baxır. Hacıbala müəllim əvvəl Suraxanı rayon icra başçısı olub, heç olmasa, oranı abadlaşdırsın. Ziya müəllim sağ olsun, mən Gəncəyə öz maşınımla getdim, yollar güzgü kimi idi".




AzNews.az