Alim Qasımov krallıqda konsert verəcək

21 Oktyabr 2013 09:25 (UTC+04:00)
Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov Asiyanın cənubuna gedir. Bunu AzNews.az-a xalq artistinin özü deyib. Onun sözlərinə görə, sənətkar oktyabrın 23-də Bəhreyn Krallığında konsert proqramı ilə çıxış edəcək. O, bu səfərə qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə yola düşür.

Bahar Rüstəmli
AzNews.az