Rəqqasə Niqar Koksalın maşını külə döndü- Video

21 Oktyabr 2013 09:43 (UTC+04:00)
AzNews.az-ın verdiyi məlumata görə, Həmid Sultanın "Dönəcəksən" adlı mahnısına klip çəkilişləri zamanı gözlənilmədən müğənni-rəqqasə Nigar Köksalın avtomobili alovlanaraq külə dönüb.

"Biz çəkilişlərə Nigarın maşınında gəldik. Maşını şəhərdən kənarda saxlayıb çəkilişlərə başladıq. Bir müddət keçəndən sonra maşında tüstü gördük. Biz o yerə çatanda artıq maşın külə dönmüşdü", - deyə H.Sultan AzNews.az – a bildirib.

Onun sözlərinə görə, hadisənin baş verməsinə ehtiyatsızlıq səbəb olub: "Klipin süjet xəttinə görə mənim geyindiyim pencək yanmalı idi. O səbəbdən biz maşına kerosin qoymuşduq. Maşındakı alışqan sistemini də sondürməmişdik. Bu səbəbdən belə hadisə baş verdi".



Bahar
AzNews.az