Bəşər Əsəddən barış çağırışı

21 Oktyabr 2013 09:50 (UTC+04:00)
Suriya prezidenti Bəşər Əsəd ölkənin kürd əhalisini barışığa çağırıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Haber7" telekananlı İraqın Kürd Administrasiyasında olan diplomatik mənbələrə istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, Suriya prezident əldə olunacaq sülhün qarşısında kürd nümayəndələrinə ölkə parlamentindəki yerlərin 18 faizini təklif edib.

Telekanal, o cümlədən əlavə edib ki, sülh məqsədləri və əlaqələrin inkişafı üçün Suriyadan İraqın şimalına xüsusi nümayəndə heyəti göndərilib, çünki Ərbil şəhəri Suriya kürdlərinin siyasi mərkəzi hesab olunur.

Telekanalın məlumatında bildirilir ki, Kürd Administrasiyasının rəhbəri Dəməşqə dəvət olunub, lakin o, bu səfərdən imtina edib.

AzNews.az