“Türkiyədə mükafat alan ilk müğənni mənəm” – Xumar

21 Oktyabr 2013 10:15 (UTC+04:00)
Müğənni Xumar Qədimova şou-biznesdə Türkiyədə mükafat almaqla bağlı gedən söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, ifaçı "Atv maqazin" verilişinə açıqlamasında qardaş ölkədə təltif edilən ilk müğənni olduğunu deyib:

"İlk dəfə 2003-cü ildə Türkiyədə ödül almışam. O mükafat çox səmimi və düzgün bir müsabiqə nəticəsində verilmişdi. Həmin ərəfədə onu mediaya çıxartmaq istəmədim. Nəyə lazımdır ki, bu cür halları şişirmək?".

X.Qədimova əcnəbi sənətçilərlə şəkillər çəkdirib mətbuatda nümayiş etdirən ifaçıları da qınayıb:

"Türk müğənnisi ilə bir şəkil çəkdirən kimi hər yerə yayırlar. Bunu özlərinə necə sığışdırırlar, başa düşmürəm. Guya bu onlara şöhrət gətirəcək. O şəkillərdən mənim evimdə o qədərdir ki. Türkiyəyə gedəndə ən məşhur ifaçılarla görüşmüşəm, oturub çörək yemişik. Onların birini də mətbuata çıxarmamışam. Bunlar lazımsızdır".

AzNews.az