ABŞ səfirindən prezidentin inauqurasiyası ilə bağlı BƏYANAT

21 Oktyabr 2013 10:35 (UTC+04:00)
Prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı ABŞ səfiri Riçard Morninqstar bəyanat verib.

AzNews.az-az bildirir ki, bəyanatda səfir Amerika Birləşmiş Ştatlarının yeni prezidentlik müddətində prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirb: "İstənilən tərəfdaşlar arasında olduğu kimi bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var. Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik.

ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik".

Elnarə
AzNews.az