Aygün Kazımovanın 200 manatlıq konserti
21 Oktyabr 2013 12:58 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova konsertə hazırlaşır. Dövlət Bayraq günü münasibəti ilə keçiriləcək konsertdə o, səhnəyə məşhur türk sənətçisi Sinan Akcıl və rəqqasə Aytənlə bir yerdə çıxacaq.
AzNews.az-a xəbər verir ki, üçlüyün iştirak edəcəyi konsert Bakı restoranlarından birində baş tutacaq. Konsertin biletləri isə 100-200 manat arasında dəyişir.
Bahar
AzNews.az