Hafiz Məmmədov şahzadə ilə görüşdü- Foto

21 Oktyabr 2013 13:19 (UTC+04:00)
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransada keçirdiyi görüşlər davam edir.

Belə ki, Hafiz Məmmədov "Hotel de Paris" otelində Monako şahzadəsi 2-ci Albertlə görüşüb. "Bakı" futbol klubunun prezidenti "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə knyazı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından ona Azərbaycan futbolu haqda məlumat verilib.

Öz növbəsində 2-ci Albert də Hafiz Məmmədovun "Lans"a göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb. Görüşün sonunda 2-ci Albert cənab İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib. ("fcbaku.com)

AzNews.az