Nadir Qafarzadənin qiyməti bəlli oldu

3 Avqust 2012 10:50 (UTC+04:00)


Müğənni Nadir Qafarzadənin toylara neçəyə getməsi şou-biznes nümayəndələri qədər, ifaçının pərəstişkarları üçün böyük marağa səbəb olub. Bəziləri, bu qiymətin çox az olduğunu, bəziləri isə müğənninin toydan yüksək miqdarda gəlir əldə etdiyi halda vergidən yayındığını bildirir. Bu barədə "AzNews.az"a açıqlama verən müğənninin prodüseri bildirdi ki, Nadir Qafarzadə toylara 4 dəqiqəsi 2 min manata gedir və vergidən yayınmır. Prodüser onu da bildirdi ki, müğənni hazırda Latviyanın Yurmala şəhərinə istirahətdədir.

Mirvari Nəcəf
AzNews.az