Diplomatik nümayəndələr hələ də Orxan Zeynalovla görüşə bilməyiblər

21 Oktyabr 2013 18:29 (UTC+04:00)
"Çox təəssüf ki, hələ də Azərbaycanın diplomatik nümayəndələri Orxan Zeynalovla görüşə bilməyiblər".


"Qafqazinfo" xəbər verir ki, bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) sözçüsü Elman Abdullayev deyib.

XİN sözçüsünün sözlərinə görə, hətta Azərbaycan Xarici İşlər Nazirliyi olaraq rəsmi Moskvaya ikinci nota təqdim edib. Amma bu günə kimi də qarşı tərəf Azərbaycanın bu istəyini yerinə yetirməyib: "Rəsmi Moskvanın Xarici İşlər Nazirliyinə (XİN) təqdim olunan ikinci notada Orxan Zeynalovla təcili görüşün keçirilməsi istənilib. Bu notanın təqdim edilməsi ilə yanaşı paralel olaraq Rusiya rəsmiləri ilə təmaslar və görüşlər də həyata keçirilir. Ümidvarıq ki, yaxın zamanda biz bu görüşün keçirilməsinə nail olacayıq. Çünki biz dəfələrlə Rusiya tərəfinin diqqətinə çatdırmışıq ki, konsulluq münasibətlərinə dair Vyana konvensiyası mövcuddur. Bu konvensiyalarda çox aydın şəkildə bildirilir ki, Azərbaycan diplomatik nümayəndəliyinin Azərbaycan vətəndaşları ilə görüşmək hüququna malikdir və onlara lazım olan konsulluq, hüquqi yardımın təqdim etmək imkanları vardır".

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalov Rusiya vətəndaşı 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək barəsində həbs qəti imkan tədbiri seçilib.

AzNews.az