Məktəb ərazisində atışma baş verib

21 Oktyabr 2013 19:08 (UTC+04:00)
ABŞ-ın Nevada ştatındakı məktəblərdən birinin ərazisində baş vermiş atışma nəticəsində bir neçə nəfər yaralınb.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, bu haqda "CNN" yerli polis əsaslanaraq, xəbər yayıb.

Atışma Sparks şəhərindəki orta məktəb yaxınlığında olub. Yaralıların dəqiq sayı bilinmir. Telekanalın məlumatına əsasən, polis atəş açan zərərsizləşdirib.

Olayla bağlı əlavə məlumat yayılmayıb.

AzNews.az