Bərdə və Tovuzda yanğın

21 Oktyabr 2013 19:53 (UTC+04:00)
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə və Tovuz rayonlarında yanğın hadisələri olub.
Bərdə rayonu, Cicimli kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı 16 ton ot bağlamasının 6 tonu yanmışdır. Köməkçi tikilinin qalan hissəsi və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Tovuz rayonu, Qovlar qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahədə 12 kv.m əraziyə yığılmış 4 kub.m taxta materiallardan 1 kub.m yanmışdır. Taxta materialların qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

AzNews.az