Aeroportda erməni məmurlar arasında dava - BİABIRÇILIQ

21 Oktyabr 2013 21:37 (UTC+04:00)
Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin katibi Arur Baqdasaryan və "Çiçəklənən Ermənistan" Partiyasının lideri, Olimpiya Komitəsinin rəhbəri Qaqik Çarukyan arasında insident baş verib. Hadisə "Zvartnoç" aeroportunda, prezident Serj Sarkisyanın qarşılanma mərasimində baş verib. AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, mübahisə Voleybol Federasiyası ilə bağlı yaranıb. Onlar bir birinin ağır söyüşlərlə təhqir ediblər.

Olimpiya Komitəsindən də insident xəbəri təsdiq edilib: "Kişi söhbəti olub. Mübahisə sivil başa çatıb. Prezidenti qarşıladıqdan sonra hərə öz maşınında qayıdıb, ancaq heç kəs öz fikrindən daşınmayıb. Hər iki rəhbər şəxs öz fikrində qalıb".

Artur Baqdasaryanın mətbuat xidmətinin rəhbəri Artur Misakyan insidentin baş verdiyini təsdiqləsə də, təfərrüat barədə danışmayıb. Ancaq bəzi məlumatlara görə, mübahisə başqa səbəbdən yaranıb və tərəflər bir-birinin ünvanına hətta söyüş səsləndiriblər.

Elnur
AzNews.az