Harada tıxac var?
22 Oktyabr 2013 07:30 (UTC+04:00)
Həftənin ikinci günündə paytaxt küçələrində yenə tıxac müşahidə olunur.
Heydər Əliyev prospekti, Binəqədi şosesi, Təbriz küçəsi, Moskva prospekti, akademik Ziya Bünyadov prospektində hazırda tıxac var.
Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi hissəsindən 20 Yanvar metrosunadək olan ərazidə nəqliyyatın sıxlığı müşahidə olunub.
Tıxac nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
AzNews.az