Artur Rasizadə yenidən baş nazir oldu

22 Oktyabr 2013 10:12 (UTC+04:00)
Milli Məclis Artur Rəsizadəni baş nazir postuna yenidən təsdiqlənib.

AzNews.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin baş nazir haqqında təqdimatına baxılıb.

Plenar iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, prezident İlham Əliyev baş nazir vəzifəsinə yenidən Artur Tahir oğlu Rasizədənin təqdimatını verib.

Səsvermə nəticəsində Milli Məclis Artur Rəsizadəni baş nazir vəzifəsinə təsdiqləyib.

Təqdimata 112 nəfər lehinə, 2 nəfər isə əleyhinə səs verib.

AzNews.az