Sabah yağış yağacaq

22 Oktyabr 2013 11:02 (UTC+04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində hava yağıntılı olacaq, külək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi axşam arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşam şimal rayonlarından başlayaraq havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı ehtimalı var.

AzNews.az