Milli Şura üzvü Lala Şövkətin istefasından danışdı

22 Oktyabr 2013 11:12 (UTC+04:00)



Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri, Milli Şuranın üzvü Əvəz Temirxan deyib.

Onun sözlərinə görə, ALP lideri Lalə Şövkət hələ prezident seçkilərindən əvvəl Milli Şuradan istefa verib: "Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin namizədliyi irəli sürüləndən sonra Lalə Şövkət Milli Şuradan istefa verdi. Lakin seçkiqabağı kampaniya olduğundan, Cəmil Həsənlinin kampaniyasına zərər vurmamaq üçün Lalə Şövkətin istefa məsələsini qabartmadıq".

Ə. Temirxan L. Şövkətin Mili Şuranı tərk etməsi, yaranan narazılığın səbəbləri barədə danışmaq istəməyib. O qeyd edib ki, bunu Milli Şuranın sessiyasında açıqlayacaq.

AzNews.az