Mollalar bir-birini əzişdirdi- VİDEO

22 Oktyabr 2013 11:59 (UTC+04:00)
Mingəçevirdəki "Əli" qəbristanlığında mollalar arasında dava olub.

AzNews.az-ın məlumatına görə, "Youtube" sosial şəbəkəsində yayılan görüntülərdə davanın səbəbi məlum olmasa da, üçüncü şəxsin mollalara "daha heç biriniz gəlməyin" deməsi problemin səbəbini ehtimal etməyə imkan yaradır.

Ehtimal olunur ki, mollaların dalaşması qəbrüstünə getməklə bağlı olub. Dava zamanı mollalar bir-birinə nalayiq sözlər işlədərək, təhqir ediblər. Yanlarındakı mollalar isə dalaşanları aralamaq əvəzinə, görüntüləri şəxsi telefonlarının yaddaşına köçürüblər.



AzNews.az