ŞOK! Timsah ticarət mərkəzinə girdi

22 Oktyabr 2013 14:05 (UTC+04:00)
ABŞ-ın Florida ştatında "Walmart " ticarət mərkəzində maraqlı hadisə baş verib.

AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, avtomatik giriş qapılarının davamlı açılıb bağlandığını görən mühafizəçilər, baş verənləri öyrənmək üçün çölə çıxdıqlarında qarşılarında 2 metrlik timsah görüblər. Mühafizəçilər dərhal alış-veriş mərkəzinin qapılarını bağlayıb, polisə zəng vurublar. Ticarət mərkəzində olan müştərilər isə qapının qarşısında duran timsahdan qorxmadan, onu çəkməyə başlayıblar. Qısa müddətdən sonra timsah yaxınlıqdakı meşəlik sahəyə girərək gözdən itib.


Rəhim Qədirov
AzNews.az