“Space” rəhbərliyinə qarşı ŞOK ittiham

22 Oktyabr 2013 14:23 (UTC+04:00)
"Mənim "Space"dən getmə xəbərimi biləndən sonra mənə maddəylə işdən uzaqlaşdırmaq istəyirlər"

Bunu AzNews.az-a kanalın aparıcısı, qəfildən ölkəni tərk edən İdris Cəfərov deyib. Aparıcı bildirib ki, kanal rəhbərliyi onu qeyri-qanuni işdən uzaqlaşdırmaq fikrinə düşüb:

"Mən Avropaya gəlməmişdən öncə ayın 9-u dövlət xəstəxanalarının birindən müayinədən keçərək, rəsmi epiqriz aldım. Hələlik iş fəaliyyətimi dayandıra bilərəm. Bunu ayın 19-u Budapeşt özəl tibb mərkəzi də təsdiqləyir. Odur ki, bu uydurma maddə çox gülməlidi və mən Bakıda və ya Avropada tam rahat məhkəmə yolu ilə maddəni ləğv etdirəcəm".

Aparıcı daha sonra "Space"in rəhbəri Vaqif Mustafayev barədə şok məlumatlar verib: "Bütün Azərbaycan bilir ki, mən 2001-ci ilin dekabrın 31-i buraxılışından ştatlı aparıcıyam. Mənim ştatımı 2006-cı il Vaqif Mustafayevin təyin olunduğu vaxtdan yazmaq 2-ci qanun pozuntusudur. Mühasibatın çıxarış kağızları bunu sübut edir.

Sevimli doğma "Space"də mənə maddə yazanların hamısından əvvəl çalışıram. Bu gün mənimlə çoxdan çalışan işçilərdən 2-nə məcburi səkildə ərizə yazdırılıb. Eyni zamanda müğənnilərə də mənə qarşı rəsmi şikayət yazdırarq, əvəzində onlara efir təklif olunur. Amma hələ ki, bu cəhdlər uğursuz olub. Bu gün mənim evimə, qonşularıma və qohumlarım cənab Mustafayevin şəxsi silahlı cangüdənləri tərəfindən axtarılıb. Yaradıcı adam cangüdəni neynir axı? Günün bu günündə də şirkətin 90 faizi məni dəstəkləyir. Hətta cənab Mustafayevin yaxın əhatəsi daxil olmaqla. "Space" qız sözü ilə oturub-durmaqdan bezib".

Bahar
AzNews.az