Ermənistan parlamenti “Dağlıq Qarabağ”ı respublika kimi tanımadı

22 Oktyabr 2013 14:29 (UTC+04:00)
Ermənistan parlamentinin xarici əlaqələr komissiyası "Dağlıq Qarabağ respublikasının tanınması haqqında" qanun layihəsini qəbul etməyib.

Qanun layihəsinin qəbul edilməməsinə səbəb isə hakimiyyət nümayəndələrinin səsvermədə iştirak etməməsi olub.

AzNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakimiyyət nümayəndələri "İrs" partiyasından olan deputat Zarui Postandjyan tərəfindən təqdim olunan qanun layihəsinin qəbulu ilə bağlı səsvermədə iştirak etməmələrini onunla izah ediblər ki, hətta onlar Qarabağın tanınmasının lehinə olsalar belə, hazırkı məqam üçün bunu məqsədəuyğun hesab etmirlər.

Növbəti səsvermənin keçirilməsi nəzərdə tutulsa da, hakim partiyanın səs çoxluğunu nəzərə alaraq, qanun layihəsinin parlamentin gündəliyinə çıxarılması ehtimalının az olduğu bildirilir. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hesab edir ki, hazırkı etapda beynəlxalq oyunların qaydalarını dəyişmək lazım deyil.

Elman
AzNews.az