Putin sərt cəzaları təsdiq etdi

22 Oktyabr 2013 16:00 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin xalqın sağlamlığının inkişafı üçün siqaretlə mübarizə çərçivəsində qərara alınan sərt tədbirləri təsdiqləyib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni qanuna görə, ictimai sahədə siqaret çəkənlərə 3 min rubl (94 dollar) cəza kəsiləcək. Qanun 15 noyabrdan etibarən qüvvəyə minəcək. Qanuna görə, 18 yaşından kiçiklərə tütün məhsulları satanlara veriləcək cəzalar da artırılacaq.

Həmçinin, hökumət binaları, səhiyyə və təhsil müəssisələri, mədəniyyət mərkəzləri və stadionlar da ictimai sahələrin sırasına daxil edilib. Gələn ildən etibarən isə bu qadağalar restoranlar, qatar və otellərdə tətbiq ediləcək. Yeni qanun tütün məhsullarının market və bufetlərdə satışını da tənzimləyəcək.

İyun 2014-cü ildən etibarən bufetlərdə siqaret satışı qadağan ediləcək. Görülən tədbirlərin sırasında qiymətlərin artırılması da var. Siqaret üçün ən aşağı qiymət 40 rubl ( 1,24 dollar ) olacaq. Rusiya baş naziri Dmitri Medvedev cəmiyyətdə siqaret qadağasının tətbiq edilməsinin ardından hər il 200 min adamın həyatının xilas olacağını bildirib.

Elman
AzNews.az